Adi ağcaqanad toru niyə tozu saxlamır?
Ağcaqanad torunun sapları arasındakı boşluqlar ağcaqanadın keçə bilməyəcəyi qədər dardır. Lakin toz dənələri ağcaqanaddan yüzlərlə, minlərlə dəfə kiçikdir. Küləklə gələn yol tozu, tikinti tozu və çirkli hava hissəcikləri bu boşluqlardan rahatca keçir. Buna görə ağcaqanad toru taxılmış pəncərənin önü belə bir neçə gün ərzində qaralır.
Tozkeçirməz ağcaqanad toru necə işləyir?
Odera pəncərə filtri toxunma tor deyil, üçqatlı membrandır. Ortasındakı nanolif şəbəkədə havanın keçə biləcəyi çoxlu kiçik məsamə var. Hava bu məsamələrdən keçərkən tozun böyük hissəsi lif şəbəkəsində ilişib qalır.

- 1Xarici tor hörgü
Nəfəs alan xarici təbəqə. Günəşə və xarici təsirlərə davamlıdır, membranı qoruyur və kəsildikdən sonra formasını itirmir.
- 2Nanolif membran
Saç telindən qat-qat incə liflərdən ibarət şəbəkə. Toz, çirkli hava hissəciklərini, allergenləri və sporları saxlayır; havanın keçməsinə imkan verir.
- 3Daxili tor hörgü
Filtri daşıyan, möhkəmlik verən nəfəs alan daxili təbəqə. Yuyulmaya və gündəlik istifadəyə davamlıdır.
Ağcaqanad torundan gözlədiyiniz hər şey
- Milçək və ağcaqanadı saxlayır. Mığmığa kimi daha kiçik həşəratları da.
- Ağcaqanad toru kimi taxılır. Çərçivəyə velkro lentlə və ya ağcaqanad toru çərçivəsinə fitillə.
- Havanı keçirir. Pəncərə açıq olanda otaq havalanmağa davam edir.
- Təmizlənir. Çıxarılıb su ilə yaxalanır.
Pəncərəniz açıq, toz və polen çöldə
Evdən iş yerinə təmiz hava
Nəyi çöldə saxlayır?
Özünüz asanlıqla taxın
Təmiz hava bələdçiləri
Ölçünüzə uyğun, velkro lentli və ya rulon



