Kimlər üçün uyğundur?
- Ağcaqanad toru çərçivəsi olmayan pəncərələr
- Kirayəçilər və çərçivəni deşmək istəməyənlər
- Uşaq otağı, yataq otağı kimi ən çox vaxt keçirilən otaqlar
- Ventilyasiya deşikləri, havalandırma ağızları və kiçik pəncərələr
- Ağcaqanad torunu hər mövsüm sökmək və ya tez-tez təmizləmək istəyənlər
Paketdə nələr var?
- Ölçünüzə uyğun hazırlanmış Odera pəncərə filtri
- Arxası yapışqanlı velkro lent
Velkro lenti ayrıca da satırıq; filtrinizi yeni pəncərəyə köçürmək və ya lenti yeniləmək istədikdə işinizə yarayar.



Necə taxılır?

Çərçivəni hazırlayın
Lentin yapışacağı səthi spirtli parça ilə silin və tam qurumasını gözləyin.

Velkro lenti yapışdırın
Lenti çərçivənin ətrafına, açılan taya mane olmayacaq xətt üzrə səliqə ilə yapışdırın.

Filtri yerləşdirin
Üst kənardan başlayıb yanlara və aşağıya doğru basaraq filtri lentə bərkidin.

Yoxlayın
Künclərdə boşluq qalmadığına əmin olun. Pəncərəniz istifadəyə hazırdır.
Daha ətraflı izah, məsləhətlər və tez-tez edilən səhvlər üçün velkro lentli quraşdırma bələdçisinə baxın.
Pəncərəniz açıq, toz və polen çöldə
Evdən iş yerinə təmiz hava
Nəyi çöldə saxlayır?
Özünüz asanlıqla taxın
Təmiz hava bələdçiləri
Ölçünüzə uyğun, velkro lentli və ya rulon


